TƏMİRDƏN SONRA İLK SAHİBİNİ GÖZLƏYİR — 4-CÜ MİKRORAYONDA NADİR 2 OTAQLI MƏNZİL
Nəsimi rayonu, 4-cü mikrorayonda, “Müəllimlər binası” kimi tanınan binada tam təmirli 2 otaqlı mənzil satılır.
42 m² sahəsi olan mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzil təmirdən sonra yaşayış olmayıb və yeni sahibinə tam hazır vəziyyətdə təqdim olunur.
Kupçası var. İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Ofis xidmət haqqı 1% təşkil edir.
Allah alana da, satana da xeyir versin.